Gürcüstanda gecə saatlarında avtomobil səs-küyünə görə cərimələr artırılıb
Yaşayış məntəqələrində gecə saat 23:00-dan səhər 08:00-dək avtomobillərin yaratdığı səs-küy üçün icazə verilən hədd 80-dən 100 desibelə qaldırılıb.
XEBER.GE xeber verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qaydaları pozan sürücüləri 100-dən 300 lariyədək cərimə və sürücülük vəsiqəsindən bal silinməsi gözləyir.
Yeni qaydalara əsasən, yaşayış məntəqələrində gecə saatlarında (23:00–08:00) nəqliyyat vasitələrinin hərəkəti zamanı yaranan səs-küy 100 desibeldən çox olmamalıdır. Nəzarət patrul polisi tərəfindən ISO 5130:2019 beynəlxalq standartına uyğun portativ ölçmə cihazları vasitəsilə həyata keçirilir.
Qaydaların pozulmasına görə tətbiq edilən cərimələr:
İlk pozuntu: 100 lari cərimə və sürücülük vəsiqəsindən 10 balın silinməsi.
Təkrar pozuntu: 200 lari cərimə və 20 balın silinməsi.
Üçüncü və hər növbəti pozuntu: 300 lari cərimə və 30 balın silinməsi.
Qurumdan bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yol hərəkətinə nəzarəti və qaydaları pozan sürücülərin aşkarlanmasını aktiv şəkildə davam etdirəcəklər.