Urekidə Interpol əməliyyatı

Jul 6, 2026 - 11:32
 0  23
Urekidə Interpol əməliyyatı

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları "İnterpol"un qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıblar.

XEBER.GE xəbər verir ki,Nazirliyin yaydığı məlumata görə, saxlanılan şəxs Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının müraciəti əsasında "İnterpol"un qırmızı bülleteni ilə beynəlxalq axtarışa verilmişdi.

Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Ozurgeti bələdiyyəsinin Ureki qəsəbəsində tutulub.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir.