Tbilisidə Bazar ərazisində güclü yanğın baş verib-VIDEO
Tbilisinin Vaqzal bazarı ərazisində güclü yanğın baş verib.
Alov “Borjomi vaqzalı” adlanan ərazidə başlayıb. Yanğının baş verdiyi sahədə geyim, meyvə-tərəvəz və digər növ anbar obyektləri yerləşir.
Gürcüstanın Fövqəladə Halların İdarəolunması Xidmətindən bildirilib ki, hadisə yerinə dərhal xilasedici briqadalar cəlb olunub və söndürmə işləri davam etdirilir.
Hazırkı məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbi və dəymiş zərərin miqdarı araşdırılır.
mənbə: Interpress