Mixeil Kavelaşvili ABŞ-a səfər edib

Mixeil Kavelaşvili ABŞ-a işgüzar səfərə yola düşüb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Kavelaşvili Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.
Səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. Gürcüstan Prezidenti BMT-nin Baş katibi Antonio Quterreşlə görüşəcək.
Bundan əlavə, Prezident ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melania Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə təşkil olunacaq rəsmi qəbulda iştirak edəcək.
Qeyd edək ki, Mixeil Kavelaşvili ABŞ-da 21–26 sentyabr tarixlərində səfərdə olacaq.
mənbə: Intrepress.ge