“Girçi – Daha çox azadlıq” partiyasının üzvü saxlanılıb”

Sep 30, 2025 - 12:46
 0  22
“Girçi – Daha çox azadlıq” partiyasının üzvü saxlanılıb”

"Girçi – Daha çox azadlıq” partiyasının üzvü Gela Xasaiya və digər bir nəfər qəsdən yüngül bədən xəsarəti yetirməkdə ittiham olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər mübahisə zəminində 1975-ci il təvəllüdlü R.Ç.-yə müxtəlif bədən xəsarətləri yetiriblər və hadisə yerindən qaçıblar. Yaralı klinikaya yerləşdirilib.

Nazirliyin açıqlamasında qeyd olunur ki, Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü G.X. və 1998-ci il təvəllüdlü V.Q. saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 3 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

mənbə: interpress