Çexiya hökuməti beş gürcü rəsmisinə sanksiya tətbiq edib

Sep 30, 2025 - 15:05
 0  18
Çexiya hökuməti beş gürcü rəsmisinə sanksiya tətbiq edib

Çexiya hökuməti milli sanksiyalar siyahısına daha beş gürcü vətəndaşını əlavə edib.

Bu barədə Çexiya mediası  məlumat yayıb.

Məlumata görə, siyahıya daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze, hakimlər – Koba Çaqunava, Nino Qalustashvili, Mixeil Cinjolia və dövlət prokuroru Laşa Kotrikadze daxildir.

Çexiyanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Daraxvelidze ictimaiyyət qarşısında etirazçılara qarşı güc və zorakılığın istifadəsini müdafiə edib. Nazirliyin məlumatına əsasən, adıçəkilən şəxslər ötən və cari illərdə keçirilən etiraz aksiyalarının amansızcasına dağıdılmasına görə məsuliyyət daşıyırlar.

mənbə: interpress