Avtomobil çaya düşdü, iki nəfər həyatını itirdi

Sep 30, 2025 - 15:16
 0  43
Avtomobil çaya düşdü, iki nəfər həyatını itirdi
: :
playing

Mestia rayonunun Çuberi kəndində baş verən yol qəzası iki nəfərin ölümü ilə nəticələnib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, hadisə ötən axşam baş verib. Avtomobil Enguri çayına düşüb.

Qurumun açıqlamasına əsasən, hər iki nəfərin meyiti artıq tapılıb. Mövcud məlumata görə, ölənlərin ər-arvad olduğu bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını, hansı ki, insan ölümünə səbəb olub, nəzərdə tutur.

mənbə: interpress