Silah və külli miqdarda narkotik ələ keçirilib – iki nəfər saxlanılıb

Sep 21, 2025 - 14:57
 0  22
Silah və külli miqdarda narkotik ələ keçirilib – iki nəfər saxlanılıb

Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü T.T. və əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü A.B. külli miqdarda narkotik tərkibli bitkinin qrup halında qanunsuz əkilməsi, becərilməsi və kultivasiyası, narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, qrup halında satışına yardım göstərilməsi, həmçinin odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınmasında təqsirləndirilərək saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN)  məlumat yayıb.

Nazirliyin məlumatına görə, cinayətlər 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Axtarış tədbirləri zamanı şübhəlilərin üzərindən, avtomobilindən və evlərindən, həmçinin müxtəlif yerlərdə gizlədilən 10 ədəd qablaşdırılmış narkotik vasitə, narkotik tərkibli 15 ədəd “kannabis” bitkisi, 2 tapança, daraq və 14 güllə maddi sübut kimi götürülüb.

Bundan əlavə, narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar – yapışqan lentlər, polietilen paketlər və elektron tərəzi də müsadirə olunub.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260, 260-1, 265 və 236-cı maddələri ilə aparılır.

mənbə: Intrepress.ge