Narkotik cinayətinə görə Almaniya vətəndaşı saxlanılıb
Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərmək ittihamı ilə Almaniya vətəndaşı saxlanılıb.
Xeber.ge xeber verir ki,
Qurumun məlumatına görə, təqsirləndirilən şəxsin üzərində və müvəqqəti yaşadığı ünvanda aparılan axtarış zamanı maddi sübut kimi satış məqsədi üçün hazırlanmış, xüsusilə külli miqdarda “metadon” narkotik vasitəsi aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən, həmçinin, narkotik vasitənin qablaşdırılması üçün istifadə olunan materiallar da müsadirə edilib.
Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı prim maddələri ilə istintaq aparılır ki, bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.