Gürcüstanda təbii fəlakətdən zərər çəkmiş ailələr yeni evlərlə təmin olunacaq

Jan 8, 2026 - 13:57
 0  15
Gürcüstanda təbii fəlakətdən zərər çəkmiş ailələr yeni evlərlə təmin olunacaq

Məcburi Köçkünlərin, Ekomiqrantların və Yaşayış Vasitələri ilə Təminat üzrə Agentlik ölkənin regionlarında təbii fəlakətdən zərər çəkmiş 235 ailə üçün ev alacaq.

Xeber.ge xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

Ekomiqrant ailələr Gürcüstanın istənilən regionunda özlərinə yaşayış sahəsini müstəqil şəkildə seçəcəklər və bunun üçün onlara altı ay vaxt verilir.

Seçilən evlərin əksəriyyəti torpaq sahələri ilə birlikdə təqdim olunur ki, bu da həmin ailələr üçün əlavə gəlir mənbəyidir.

2025-ci ildə agentlik təbii fəlakətlərdən zərər çəkmiş 500-dən çox ailə üçün evlərin alınması barədə müsbət qərar qəbul edib.