Dekabrın 2-dək gözlənilən hava proqnozu açıqlandı
Noyabrın 29-dan Gürcüstanda yağıntıların dayanacağı gözlənilir.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Gün ərzində Qərbi Gürcüstanda hava istiləşəcək, Şərqi Gürcüstanda isə soyuq hava şəraiti hökm sürəcək.
Paytaxt Tbilisidə dekabrın 2-dək yağmursuz hava şəraiti gözlənilir, dekabrın 2-də isə az yağış yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +10, +15 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gün ərzində +10, +15 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +7, +10 dərəcəyədək yüksələcək, gecə 5, 8 dərəcəyədək enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gündüz 2 dərəcə şaxtadan 7 dərəcəyədək isti, gecə 9-12 dərəcə isti olacağı gözlənilir.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava yağmursuz keçəcək. Şida Kartlidə havanın temperaturu gündüz +5, +10 dərəcə isti, gecə -5, -7 dərəcəyə enə bilər.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): dekabrın 2-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dekabrın 2-də bəzi yerlərdə az yağıntılı olacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gündüz 4, 9 dərəcə isti, gecə 4 dərəcə şaxtadan 6 dərəcəyədək enə bilər.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 6 dərəcəyədək isti, gecə 6-10 dərəcə şaxta təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 4, 1 dərəcə şaxta, gecə 8, 13 dərəcəyədək enəcək.
mənbə: interpress