Ən baha taksi qiymətləri Gürcüstandadır

Numbeo 98 ölkədə 1 km-ə düşən taksi qiymətləri haqqında məlumatı yeniləyib.
Siyahının başında 1 km-ə taksi haqqı 4,29 dollar olan İsveçrə gəlir.
Reytinqə əsasən, tədqiq olunan ölkələr arasında ən ucuz taksi haqqı Filippindədir, 26 sentdir.
Taksilərin ən bahalı olduğu 5 ölkə belə görünür:
İsveçrə - 4,29 dollar;
Lüksemburq - 3,67 dollar;
Küveyt - 3,24 dollar;
Mavrikiy - 3,21 dollar;
Albaniya - 3,13 dollar.
Aşağıdakı ölkələrdə taksilər ən ucuzdur:
Filippin - 26 sent;
Moldova - 27 sent;
Hindistan - 28 sent;
Özbəkistan - 30 sent;
Misir - 30 sent.
Gürcüstana gəlincə, o, 72-ci yerdə qərarlaşıb. Məlumatlar göstərir ki, Gürcüstanda taksilər region ölkələri arasında ən bahalıdır. Numbeo-nun məlumatına görə, Gürcüstanda 1 km-ə görə daşınma qiyməti 72 sent təşkil edir. Region ölkələri üzrə məlumatlar belə görünür:
Türkiyə - 77-ci yer, 64 sent;
Azərbaycan - 80-ci yer, 59 sent;
Rusiya - 92-ci yer 31 sent.
mənbə: interpress