"Neuralink"dən inqilabi texnologiya: İnsan düşüncələri səsə çevriləcək

İlon Maskın neyroçiplərin implantasiyası ilə məşğul olan "Neuralink" şirkəti oktyabr ayında insan düşüncələrini səsə çevirmə texnologiyasını ilk dəfə sınaqdan keçirəcək.
Xeber.ge xeber verir ki,
Doncin Seo bildirib ki, onların texnologiyası beyinlə səs arasında heç bir klaviatura və ya vasitə olmadan birbaşa əlaqə yaratmağa imkan verir.
"Əgər siz nəsə söylədiyinizi təsəvvür edirsinizsə, biz bunu eşidə biləcəyik", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, layihənin əsas məqsədi danışmaq qabiliyyətini itirmiş insanlara yardım etməkdir.
mənbə: oxu.az