Tbilisidəki Vaqzal bazarında baş vermiş yanğın söndürülüb

Tbilisidə Vaqzal bazarının ərazisində səhər saatlarında başlayan yanğın tamamilə söndürülüb.
Bu barədə Fövqəladə Halların İdarəetmə Xidməti məlumat yayıb.
Hadisə yerində hələ də yanğınsöndürən-xilasedici qruplar işləyir, əraziyə polis də cəlb olunub.
Satıcıların sözlərinə görə, yanğın səhər saat 06:00 radələrində başlayıb və qısa müddətdə geniş əraziyə yayılıb. Onların verdiyi məlumata əsasən, ticarət sahəsində yerləşən anbarlar yanıb – burada ikinci əl geyimlər, meyvə-tərəvəz və müxtəlif növ məhsullar saxlanılırdı.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
mənbə: Interpress