30 yaşlı kişi 2 uşağa qarşı pozğunluq və cinsi təcavüz ittihamı ilə həbs olunub
Tbilisi Polis Departamenti 14 yaşı çatmayan ailə üzvünə qarşı pozğunluq və cinsi xarakterli hərəkətlər törətməkdə ittiham olunan L.X.-ni (1995-ci il doğumlu) həbs edib. Ona 12 ilədək azadlıqdan məhrumetmə təhdid edir.
Xeber.ge xəbər verir ki,yeritilən istintaqla müəyyən edilmişdir ki, şübhəli, əvvəlcədən planlaşdırdığı kimi, 14 yaşı çatmayan qohumuna qarşı cinsi xarakterli hərəkət törətmişdir.
Yeritilən istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları L.X.-ni hakim qərarı əsasında Tbilisidə həbs ediblər. Dəlil kimi şübhəlinin mobil telefonu götürülmüşdür ki, orada L.X. tərəfindən törədilən pozğunluq və cinsi xarakterli hərəkətləri əks etdirən video yazılar saxlanılırdı" - Daxili İşlər Nazirliyi bildirir.
İstintaq Cinayət Məcəlləsinin 11¹ 141-ci maddəsinin ikinci hissəsi və 11¹ 140-cı maddəsinin birinci hissəsi ilə aparılır.