"Bu gün Marneulidə gördüyümüz faktlar çox ağır idi"

Oct 26, 2024 - 17:37
 0  56
"Bu gün Marneulidə gördüyümüz faktlar çox ağır idi"

“Bu gün Marneulidə gördüyümüz faktlar, bülletenlərin doldurulması, bizim üçün çox ağır və qətiyyən yolverilməz idi”.

Bunu Kaxa Kaladze partiyanın mərkəzi ofisində keçirilən brifinqdə deyib

Onun sözlərinə görə, “Gürcü arzusu”nun cəmiyyətin ən böyük dəstəyinə malik olması təminatlıdır.

“Seçkilərdə qalib gəlirsən və əsas vəzifən seçki kampaniyasını sakit şəraitdə aparmaqdır. 2012-ci ildən sonra bu il olduğu kimi sakit seçki mühiti və kampaniyası xatırlayırsınızmı?”, - Kaladze soruşub.

Onun sözlərinə görə, radikal müxalifətdən fərqli olaraq, onlar ölkənin bir rayonunu da seçicilərə çatmadan tərk etməyiblər.

“Biz hər şəhərdə, hər rayonda olmuşuq. Cəmiyyətin əhval-ruhiyyəsini, münasibətini bilirik və təbii ki, bunu yüksək qiymətləndiririk.

“Gürcü arzusu”nun bu gün belə güclü şəkildə təmsil olunması ölkəmiz əhalisinin əksəriyyətinin xidmətidir və buna görə ictimaiyyətə bir daha təşəkkür etmək istəyirəm”, - Kaladze bildirib.

mənbə: interpress