Batumda 3 nəfəri həbs etdilər

Oct 24, 2025 - 13:31
 0  9
Batumda 3 nəfəri həbs etdilər
: :
playing

Daxili İşlər Nazirliyinin məlumatına görə, iki şəxsə qarşı qəsdən ağır bədən xəsarəti vermə və hədə-qorxu ittihamı ilə, keçmişdə müxtəlif cinayətlərə görə məhkum olmuş üç şəxs: 1983-cü il doğumlu İ.D., 1983-cü il doğumlu O.C. və 1984-cü il doğumlu X.A. həbs edilib.

Xeber.ge xəbər verir ki, cinayətlər 13 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

"Aparılan istintaqla müəyyən edilmişdir ki, şübhəli kimi həbs edilən İ.D. və O.C. cari ilin 19 oktyabr tarixində Batumidə qarşılıqlı söyüş zamanı ata və oğula: 1982-ci il doğumlu M.F.-ə və 2005-ci il doğumlu Q.F.-ə soyuq silahdan istifadə etməklə bədənin müxtəlif yerlərində ağır bədən xəsarəti yetiriblər. X.A. isə eyni qarşıdurmada ziyançəkənlərə ölümlə hədələyib.

Yaralananlar xəstəxanaya aparılıb və onlara müvafiq tibbi yardım göstərilib.

Aparılan operativ-axtarış tədbirləri və istintaq tədbirləri nəticəsində polis cinayətdə iştirak edən şəxsləri şübhəli kimi həbs edib." - Daxili İşlər Nazirliyi yazır.

İstintaq Cinayət Məcəlləsinin 117-ci (qəsdən ağır bədən xəsarəti vermə) və 151-ci (hədə-qorxu) maddələri ilə aparılır.