Qardabani üzrə əhali siyahısı

Jul 7, 2026 - 21:28
 0  23
Qardabani üzrə əhali siyahısı

2024-cü ildə Gürcüstanda keçirilmiş əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə əsasən, Qardabani Bələdiyyəsində ümumilikdə 83 483 nəfər yaşayır.

XƏBƏR.GE xəbər verir ki, məlumata görə, bələdiyyədə etnik azərbaycanlıların yaşadığı ən böyük yaşayış məntəqəsi Qardabani şəhəridir. Şəhərin əhalisi 13 041 nəfərdir.

Ən çox əhalisi olan kəndlər isə bunlardır:

Kosalı – 5 199 nəfər

Nəzərli – 4 712 nəfər

Qaracalar – 4 357 nəfər

Muğanlı – 4 212 nəfər

Ağtəhlə – 2 618 nəfər

Vaxtanqisi – 2 406 nəfər

Candar – 1 825 nəfər

Qaratəhlə – 1 671 nəfər

Təzəkənd – 1 229 nəfər

Birlik – 1 103 nəfər

Botanika – 572 nəfər

Kalinino – 531 nəfər

Qeyd: Siyahıda yalnız Qardabani Bələdiyyəsində etnik azərbaycanlıların yaşadığı kəndlər və onların əhali sayı yer alıb.