“Gürcü Arzusu”ndan Böyük Britaniya ilə bağlı bəyanat
“Gürcü Arzusu” partiyasının siyasi şurası Böyük Britaniyanın Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edəcəyi təqdirdə, ölkənin beynəlxalq nüfuzunun keçmişə qovuşacağını bildirib.
Bu barədə "Gürcü Arzusu"nun bəyanatında qeyd olunur.
Bəyanatda vurğulanır ki, “Dərin Dövlət” və ya qlobal müharibə tərəfdarlarının bir sıra ölkələri fiziki məhvə sürüklədiyi bir şəraitdə, Böyük Britaniyanın “dövlət və mənəvi dəyərinin itməsi” daha az dramatik bir hadisə kimi görünür.
“Əgər Böyük Britaniya Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edərsə, aydın olacaq ki, “Dərin Dövlət” Böyük Britaniyanı Ukrayna, Litva, Estoniya və Avropa Parlamentinin səviyyəsinə endirib. Bu isə ölkənin tarixi keçmişini nəzərə alaraq, xüsusilə faciəvi bir hadisə kimi qiymətləndirilməlidir.
Belə bir addım atılarsa, Böyük Britaniya hüququn aliliyinə və insan hüquqlarına əsaslanan dövlət kimi öz nüfuzunu itirəcək. Lakin “Deep StateDərin Dövlət” tərəfindən bir sıra ölkələrin məhvə sürükləndiyi reallıqda Böyük Britaniyanın dövlət və mənəvi dəyərinin itməsi daha az əhəmiyyətli bir hadisə kimi görünür,” - deyə bəyanatda qeyd olunur.
mənbə: interpress