Əcnəbiləri qanunsuz işə götürməyə görə cərimə oluna bilər

May 7, 2025 - 15:37
 0  22
Əcnəbiləri qanunsuz işə götürməyə görə  cərimə oluna bilər

İşəgötürənlər əcnəbiləri qanunsuz işə götürdüklərinə görə 10 min manatdan 20 min lariyə qədər cərimə tətbiq oluna bilər. Bu barədə parlamentə müvafiq qanunvericilik təşəbbüsü təqdim olunub.

Təklifə əsasən, əgər işəgötürən Gürcüstanda immiqrantı (əcnəbi vətəndaş və ya vətəndaşlığı olmayan şəxsi) qanunla müəyyən olunmuş icazəsi olmadan işə götürərsə, bu halda 10 000 lari məbləğində cərimə olunacaq, eyni hərəkət təkrar baş verdikdə isə cərimə 20 000 lari təşkil edəcək.

Təklif müəlliflərinin izahına görə, bu dəyişiklik işəgötürənlərin məsuliyyətinin dəqiq müəyyənləşdirilməsinə xidmət edir və qaydaların pozulması ilə aparılan işəgötürmə hallarını məhdudlaşdırmağa yönəlib.

Onların sözlərinə görə, dəyişikliklər nəticəsində qeyri-qanuni məşğulluğun qarşısı alınacaq, qanuni əmək hüquqları təşviq olunacaq, miqrant işçilərin əmək hüquqlarının daha yaxşı qorunması təmin ediləcək, eyni zamanda qanunlara inam və dövlətin nüfuzu artacaq.

Məlumat üçün bildirək ki, yuxarıda adı çəkilən qanun layihəsinin müəllifləri Gürcüstan Texniki Universitetinin dosenti Kaxaber Dzaqania, həmin universitetin professoru və doktoru Xatuna Saqinaşvili, eləcə də Texniki Universitetin Tələbə Klubunun prezidenti Arçil Qurgenidzedir.

mənbə: marneulifm