İran vətəndaşı böyük miqdarda narkotiklə saxlanıldı
Tbilisi Beynəlxalq Hava Limanında İran vətəndaşı böyük miqdarda psixotrop maddə ilə saxlanıldı
Xeber.ge xəbər verir ki,
Bildirilib ki, Tbilisi beynəlxalq hava limanında şübhəlinin əl yükünə baxış zamanı çoxlu sayda “Pregabalin” tərkibli psixotrop dərman vasitəsi aşkar edilərək maddi sübut kimi götürülüb. Polis əməkdaşları S.A.-nı hadisə yerində saxlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 261 və 263-cü maddələri üzrə istintaq davam edir. Bu maddələr 13 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.