Güclü leysan Tbilisini iflic etdi-VİDEO
Yağış Tbilisidə yenidən problemlər yaradıb — güclü leysan səbəbindən gecə saatlarında şəhərin mərkəzi küçələrini su basıb.
XƏBƏRGE xəbər verir ki, ən ağır vəziyyət sahildə, Ədliyyə Evinin ətrafında və Sololakidə qeydə alınıb.
Şəhərdə yenidən gölməçələr yaranıb, iflic olmuş yollarda vətəndaşlar saatlarla avtomobillərlə hərəkət etməyə çalışıblar. Səkilərdə də hərəkət etmək qeyri-mümkün olub, su seli praktiki olaraq piyada yolları ilə axıb.