ABŞ-da Gürcüstan vətəndaşı həbs olunub

Nov 20, 2025 - 15:49
 0  22
ABŞ-da  Gürcüstan vətəndaşı həbs olunub

 

56 yaşlı Goderdzi Gujabidze saxlanılıb. O, İndiana ştatının avtomagistralında baş vermiş qəzanın fiqurantlarından biridir. Hadisə zamanı İndiana Milli Qvardiyasının bir üzvü ölüb, üçü isə ağır yaralanıb.

Xeber.ge xəbər verir ki, Amerika mediasının məlumatına görə, Bune dairəsinin şerif idarəsi bildirib ki, 14 noyabrda baş verən yol qəzası zamanı Gujabidze yükdaşıyan maşını idarə edirdi və “hərbi hummer” ilə ağ rəngli Subaru markalı avtomobilə çarpılıb. Hummer -də Milli Qvardiyanın 4 üzvü olub və onlardan 23 yaşlı Terri Fray hadisə yerində ölü elan edilib. Digər üç qvardiyaçı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Subaru-nun sürücüsü 51 yaşlı Veronika Vebster olub və ona hadisə yerində yardım göstərilib.

Qəzaya dair aparılan istintaq çərçivəsində Gujabidze tərcüməçinin köməyi ilə dindirilib, bundan sonra ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) onun buraxılmamasını tələb edib və federal qurum onu qısa müddətdə saxlayıb.

İstintaqçılar bildirirlər ki, qəzanın səbəbi hələlik məlum deyil.