Samergelo-Zemo Svanetidə ağır cinayətlərə görə dəfələrlə məhkum olunmuş şəxs saxlanılıb

Samergelo-Zemo Svaneti Polis Departamentinin və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində əvvəllər xüsusilə ağır cinayətlərə görə dəfələrlə məhkum olunmuş, 1984-cü il təvəllüdlü G.Z. regionda saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, G.Z. 2018-ci ildən Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə axtarışda idi.
Saxlanılan şəxs penitensiar müəssisəyə köçürülüb.
mənbə: Intrepress.ge