Kutaisidə narkotik testinə aparılan şəxslər həkimləri və polis əməkdaşlarını döyüblər

Kutaisidə narkotik testinə aparılan vətəndaşlar həkimləri və polis əməkdaşlarını döyüblər.
Məlumatı DİN təsdiqləyib.
Daxili İşlər Nazirliyinin (DİN) bildirdiyinə görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 353-cü (polis əməkdaşına, digər hakimiyyət nümayəndəsinə və ya dövlət müəssisəsinə hücum) və 126-cı (zorakılıq) maddələri ilə istintaq başlanıb.
“Info İmereti”nin məlumatına görə, Avtozavod yaşayış massivindəki bir klinikaya narkotik testindən keçmək üçün vətəndaşlar aparılıb, lakin onların narkotestdən imtina etməsi əvvəlcə tibb işçiləri, sonra isə polis əməkdaşları ilə qarşıdurmaya səbəb olub.
mənbə: marneulifm