“Aİ-nin səfiri zorakı qruplaşmanın bir hissəsidir”

Sep 16, 2025 - 13:36
 0  5
“Aİ-nin səfiri zorakı qruplaşmanın bir hissəsidir”

"Avropa İttifaqının səfiri Gürcüstandakı zorakı qruplaşmaların bir hissəsidir və onların yaranması məhz xarici maliyyə və dəstəyin nəticəsidir."

Bu barədə Tbilisinin meri Kaxa Kaladze bildirib.

“Bu insanlar adi qaydada ekstremizmi və zorakı qruplaşmaları təşviq edirlər. Onları maliyyələşdirirlər, dəstəkləyirlər və bundan da çəkinmirlər. Elə Avropa İttifaqının səfiri də məhz həmin zorakı qruplaşmanın bir hissəsidir, hansı ki, onların öz maliyyəsi və dəstəyi ilə yaradılıb. Bütün qırmızı xətlər keçilib. Burada diplomatiya və diplomatik münasibətlər heç nəyə aid deyil. Onun addımları bütün qırmızı xətləri keçir, çünki söhbət cəmiyyətin parçalanması, qarşıdurma yaradılması və ölkədə inqilab cəhdindən gedir. Hər kəs bilməlidir ki, təsadüfən heç nə baş vermir – bütün bunlar xaricdən idarə olunur, maliyyə də, zorakı qrupların təşviqi də elə oradan gəlir”, – deyə Kaladze qeyd edib.

mənbə: interpress