Gürcüstanda hər üçüncü uşaq yoxsulluq həddindən aşağı yaşayır

Bir neçə il öncə hər beş uşaqdan biri yoxsulluq həddində yaşayırdısa, son məlumatlara görə, artıq hər üç uşaqdan biri yoxsulluq həddindən aşağı yaşayır.
Bu barədə Sosial Xidmət Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 2025-ci ilin avqust ayına olan məlumatına əsasən, ölkədə 0–18 yaş arasında 278 628 uşaq ünvanlı sosial yardım alır. Dövlət Statistika İdarəsinin məlumatına görə isə bu yaş qrupunda ümumilikdə 880 633 uşaq qeydiyyata alınıb.
Ümumilikdə, 2025-ci ilin avqust göstəricilərinə əsasən, Gürcüstanda 708 764 nəfər ünvanlı sosial yardım alır. Onlardan 465 570 nəfər yalnız sosial yardım alanlardır, 243 194 nəfər isə məşğulluq proqramına cəlb olunub və dörd il müddətində sosial yardım statusunu qorumaq hüququna malikdir.
mənbə: interpress