Yüksək temperaturla yanaşı, leysan, dolu və güclü külək gözlənilir
Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumata görə, 14-16 iyul tarixlərində Gürcüstan ərazisində yüksək temperatur fonunda arabir yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Bəzi bölgələrdə dolu düşəcəyi və küləyin güclənəcəyi ehtimalı var.
XEBER.GE xəbər verir ki, sinoptiklər bölgələr üzrə növbəti 3 günün hava proqnozunu təqdim ediblər:
· Tbilisi: Axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı və küləyin güclənəcəyi gözlənilir. Gündüz saatlarında havanın temperaturu +31...+33°C təşkil edəcək.
· Kartli (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Dolu düşməsi və küləyin güclənməsi ehtimalı var. Temperatur gündüz +32...+34°C olacaq.
· Kaxeti (Saqareco, Telavi, Qurcaani, Sığnağı, Lagodexi, Qvareli, Axmeta, Dedoplisckaro): Şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi və güclü külək əsəcəyi gözlənilir. Temperatur gündüz +32...+34°C təşkil edəcək.
· Sahil rayonları (Batumi, Kobuleti, Anaklia, Poti): Arabir qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Gündüz temperatur +27...+29°C olacaq.
· Qərbi Gürcüstanın düzənlik rayonları (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): Arabir qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Temperatur gündüz +28...+30°C qeydə alınacaq.
· Qərbi Gürcüstanın dağlıq rayonları (Ambrolyauri, Oni, Caqeri, Şovi, Ciatura, Saçxere, Xulo, Rikoti aşırımı): Arabir qısamüddətli yağış və şimşək gözlənilir, temperatur gündüz +26...+28°C olacaq.
· Qərbi Gürcüstanın yüksək dağlıq rayonları (Mestia, Baxmaro): Arabir qısamüddətli yağış və şimşək təsirli olacaq, temperatur gündüz +25...+27°C təşkil edəcək.
· Şərqi Gürcüstanın dağlıq rayonları (Axalsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qısamüddətli yağış, şimşək, mümkün dolu və güclü külək gözlənilir. Temperatur gündüz +27...+29°C qeydə alınacaq.
· Şərqi Gürcüstanın yüksək dağlıq rayonları (Axalkalaki, Salka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə qısamüddətli yağış, şimşək, dolu və güclü külək proqnozlaşdırılır. Temperatur gündüz +22...+24°C təşkil edəcək.