Bu tarixdən etibarən Gürcüstanda hava şəraiti pisləşəcək

Sentyabrın 18-i gündüzün sonundan 20-si günün ikinci yarısınadək ölkə ərazisində yağış, bəzi yerlərdə isə güclü yağış gözlənilir. Ehtimal olunur ki, ildırım çaxacaq, dolu düşəcək, külək güclənəcək və dənizdə 3-4 ballıq fırtınalı dalğalanma olacaq.
Bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına, kiçik çaylarda sel axınlarına, dağlıq və təpəlik zonalarda isə sürüşmə və torpaq axını proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta dərəcədə qiymətləndirilir.
mənbə: interpress