Tuşetidə itkin düşən oğlanın meyiti tapıldı
Tuşetidə itkin düşən oğlanın meyiti Qometsri dərəsində, Beqela kəndi yaxınlığında, çay kənarında tapılıb.
XEBER.GE xeber verir ki, yaxınlarının məlumatına görə, Axmeta bələdiyyəsinin Kvemo Alvani kəndində yaşayan Avto Marxvaidze bir neçə gün əvvəl Tuşetidə keçirilən bayrama getmişdi, lakin təyinat yerinə çata bilməyib. Bundan sonra axtarışlara başlanılıb.
Marxvaidzeni bir neçə gün ərzində axtarıblar.