Quriyada gənc oğlan kənddə bıçaqlanaraq öldürüldü
Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin əməkdaşları Çoxatauri bələdiyyəsində törədilmiş qəsdən adam öldürmə cinayətinin üstünü açiblər.
Xeber.ge xeber verir ki, hadisəni törətməkdə şübhəli bilinən bir nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İstintaq materialları ilə müəyyən edilib ki, hadisə Çoxatauri bələdiyyəsinin Koxnari kəndində baş verib. Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zəminində soyuq silahla (bıçaqla) bir nəfərə ağır xəsarət yetirib və hadisə yerindən qaçıb.
Alınan ağır bıçaq zərbələri nəticəsində gənc kişi hadisə yerindəcə dünyasını dəyişib.
Polisin həyata keçirdiyi operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxs "isti izlər"lə müəyyən edilərək təqsirləndirilən şəxs qismində qandallanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb. Bu maddənin tələblərinə əsasən, saxlanılan şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.