İnterpolun qırmızı bülleteni ilə axtarılan şəxs Batumidə saxlanılıb

Nov 25, 2026 - 10:48
 0  8
İnterpolun qırmızı bülleteni ilə axtarılan şəxs Batumidə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan xarici ölkə vətəndaşını saxlayıblar.

XEBER.GE xeber  verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif kateqoriyalı cinayətlərə, o cümlədən dələduzluq və qanunsuz silah əldə etmə-saxlama ittihamlarına görə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan şəxsi Batumidə saxlayıblar.

Hazırda saxlanılan şəxsin Türkiyəyə ekstradisiyası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan prosedurlar həyata keçirilir.