Tbilisidə gecə klubunda qanlı hesablaşma

Jul 13, 2026 - 11:09
 0  19
Tbilisidə gecə klubunda qanlı hesablaşma
: :
playing

Tbilisidə yerləşən gecə klublarından birinin qarşısında qanlı insident baş verib. Klubun mühafizə əməkdaşı soyuq silahla ağır xəsarətlər alıb.

XEBER.GE xəbər verir ki, Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Tbilisi Polis Departamentinin Dzveli Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq yaxalanıb.

Məlum olub ki, həbs edilən şəxs əvvəllər də müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb.

Bıçaqlanan mühafizəçi hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıya lazımi tibbi yardımı göstəriblər, hazırda onun müalicəsi davam edir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi (Sağlamlığa qəsdən yüngül zərər vurma) ilə istintaq başladılıb. Bu maddə təqsirləndirilən şəxs üçün 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.