Ponicalada partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 31 yaşlı kişi ölüb

Nov 25, 2026 - 11:46
 0  13
Ponicalada partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 31 yaşlı kişi ölüb

Kvemo Ponicalada yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan 31 yaşlı kişi vəfat edib.

XEBER.GE xeber  verir ki, bu barədə mərhumun ailəsi məlumatı təsdiqləyib.

Kişi partlayış nəticəsində bədəninin 87 faizində termiki yanıq xəsarətləri alıb. O, Yanıq Mərkəzinin reanimasiya şöbəsində kritik ağır vəziyyətdə, süni tənəffüs aparatına qoşulmuş halda müalicə alırdı.

Partlayış  Kvemo Ponicalada beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən mənzildə təbii qaz sızması nəticəsində baş verib. Mövcud məlumata görə, mənzildə toplanmış qaz kişi qızdırıcını işə salmağa cəhd edərkən partlayıb.