Gürcüstan sərhədini qanunsuz keçən 4 xarici vətəndaş saxlanıldı
Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Əməliyyat-İstintaq Departamentinin əməkdaşları Gürcüstanın dövlət sərhədini qanunsuz keçmə faktı üzrə xarici ölkənin dörd vətəndaşını saxlayıblar.
XEBER.GE xeber verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, iki təqsirləndirilən şəxs Sərhəd Polisinin Batumi idarəsinin "Sarpi" və "Qorqadzeti" sektorlarının mühafizə olunan sahələrində, sərhəd-keçid məntəqəsindən kənar keçməklə Türkiyə Respublikasından dövlət sərhədini piyada qanunsuz olaraq keçərkən saxlanılıblar. Digər iki təqsirləndirilən şəxs isə sərhədi yük avtomobilində gizlənmək yolu ilə keçərək Gürcüstana daxil olublar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsi üzrə aparılır ki, bu da beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Saxlanılan iki şəxs barəsində immiqrasiya prosedurları aparılır, bundan sonra onların ölkədən deportasiya həyata keçiriləcək.