Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstana rəsmi səfər edib.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər çərçivəsində A.Berse Gürcüstanın Baş naziri İrakli Kobaхidze, parlament sədri Şalva Papuaşvili, yeni seçilmiş prezident Miхail Kavelaşvili və XİN başçısı Maka Boçorişvili ilə görüşəcək.
Bu, oktyabrda keçirilən parlament seçkilərindən sonra Avropa strukturlarının ölkəyə ilk rəsmi səfəridir.
Onun səfəri dekabrın 21-də başa çatacaq.
mənbə: report