Gürcüstan Daxili İşlər Nazirliyi "Droa" Partiyasının lideri Elene Xoştariyanini saxlayıb

Sep 15, 2025 - 15:25
 0  15
Gürcüstan Daxili İşlər Nazirliyi "Droa" Partiyasının lideri Elene Xoştariyanini saxlayıb

Xeber.ge xəbər verir ki, Müxalif “Droa” partiyasının lideri, “Dəyişiklik Koalisiyası”nın liderlərindən biri Elene Xoştariya Tbilisidə seçki pankartını zədələməkdə ittiham edilərək saxlanılıb və həmin video görüntü sosial şəbəkələrdə yayımlanıb.

Bir gün əvvəl Xoştariya “Gürcü arzusu”ndan merliyə namizəd, Tbilisinin hazırkı meri Kaxa Kaladzenin seçki bannerinə “Rus arzusu” yazdığı video yayımlayıb.

Onun sözlərinə görə, bu yolla o, Kaladzenin seçkiqabağı pankartını zədələdiyinə görə saxlanılan Meqi Diasamidze ilə həmrəy olduğunu bildirib.

Məhkəmə onun üçün 2 min lari girov təyin edib. Xoştariya Veriya rayonundakı evinin yaxınlığında saxlanılaraq polis bölməsinə aparılıb.