Tbilisidə bankın sisteminə müdaxilə edərək 374 min lari mənimsəyən 2 haker tutuldu
Tbilisi Polis Departamentinin Baş İstintaq İdarəsinin əməkdaşları maliyyə mənfəəti əldə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter sisteminin fəaliyyətinə qanunsuz müdaxilə etmə ittihamı ilə 2 nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, saxlanılan şəxslər banklardan birinin kompyuter sisteminə qanunsuz müdaxilə etməklə külli miqdarda maliyyə mənfəəti əldə etməyi planlaşdırıblar. Təqsirləndirilən şəxslər cinayətkar planı həyata keçirərək bankın kompyuter sisteminin fəaliyyətinə qrup şəklində, icazəsiz müdaxilə ediblər və nəticədə banka 374 715 lari məbləğində maliyyə ziyanı vurublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsləri hakim qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıblar", — deyə DİN bildirir.
İstintaq Cinayət Məcəlləsinin 286¹-ci maddəsi üzrə aparılır. Bu cinayət 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.