"Ifakt": 2 rus Lançxutidə kosmodrom tikir və Rusiya üçün Gürcüstan haqqında məlumat ötürür

Jul 14, 2025 - 21:39
 0  5
"Ifakt": 2 rus Lançxutidə kosmodrom tikir və Rusiya üçün Gürcüstan haqqında məlumat ötürür

Tədqiqatçı media "Ifakt" Gürcüstanın Quriyə bölgəsinin Lançxuti rayonunun Şuxuti kəndində iki rus qadının 14.000 kvadratmetrlik torpaq sahəsi alaraq kosmodrom tikdiyini və eyni zamanda Rusiya hökumətinə bağlı “Pravfond” təşkilatına Gürcüstan haqqında məlumat ötürdüyünü aşkara çıxarıb.

Jurnalist araşdırmasına görə, “Kolxida” kosmodromunun buraxılış məntəqəsi həmin ərazidə inşa olunmalıdır. Bu ideyanın müəllifləri rus qadınlar Yuliya və Mariya Arxipovadır. Onlar 2022-ci ilin fevralında Rusiyadan Gürcüstana gəlib, iki şirkət qurub, torpağın bir hissəsini satın alıb, bir hissəsini isə yerli sakinləri aldadaraq əldə ediblər.

"Ifakt" bildirir ki, Mariya 46, Yuliya isə 45 yaşındadır. Guriya əhalisi onları bacılar kimi tanıyır, amma əslində ortaqdırlar, keçmişdə isə ər-arvad olublar – Mariya trans qadındır, əvvəllər adı Yevgeni olub və kişi kimi tanınıb.

“Pravfond” nədir və onların əlaqəsi nədir?
"Pravfond" — “Həmvətənlərin müdafiə və dəstək fondu” — 2012-ci ildə Dmitri Medvedevin sərəncamı ilə yaradılıb. Onun yaradıcısı Rusiya Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarıdır. Rəsmi məqsədi xaricdəki rusların hüquqi müdafiəsidir, amma qeyri-rəsmi olaraq Kremlin geosiyasi alətidir: Avropa, Gürcüstan, Moldova, Ukrayna və Orta Asiyada "yumşaq güc" kimi fəaliyyət göstərir. ABŞ və Aİ tərəfindən 2023-cü ildən sanksiya altındadır.

"Ifakt" bildirir ki, “Pravfond” rus vəkillərə maddi dəstək verir, informasiya kampaniyaları və diplomatik lobbiçilik aparır, Rusiya səfirlikləri və mədəniyyət mərkəzləri vasitəsilə işləyir. Estoniya və Latviya kəşfiyyatına görə, "Pravfond" həm də Rusiya kəşfiyyatının alətidir və regionda pro-rus Telegram kanallarını və “hüquq mərkəzlərini” maliyyələşdirir.

Araşdırmaya əsasən, "Pravfond" gürcü vətəndaşı Zelimxan Xanqoşvilinin qatili, Rusiya xüsusi xidmət orqanının əməkdaşı Vladim Krasikovun vəkil xərclərini — 220.000 avrodan çox — ödəyib. Krasikov Almaniyada ömürlük həbslə cəzalandırılmış, 2024-cü ildə rusiyalı jurnalistlərlə dəyişdirilmiş və şəxsən Putin tərəfindən qarşılanmışdı. O, Rusiya FTX-nin "Alfa" qrupunun üzvü olub.

Arxipovlar və "Pravfond" arasında əlaqə
"Ifakt"nın məlumatına görə, Mariya və Yuliya Arxipovlar ən azı 2014-cü ildən "Pravfond"la əməkdaşlıq edirlər.

2000-ci illərdən etibarən onlar Rusiya vəkilləri kimi fəaliyyət göstəriblər, “İnsan Hüquqları naminə” vəkil assosiasiyası qurublar. 2023-cü ilin fevralında bu assosiasiya Putinə və Lavrova Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini xahiş edib. Putin 2023-cü ilin mayında bu xahişi yerinə yetirib.

"Pravfond" Arxipovlarla Krımın işğalı ilə eyni dövrdə maraqlanmağa başlayıb. Onların LGBTQ+ kimliyi Qərbdə daha etibarlı görünmələri üçün alət kimi istifadə edilib.

“Pravfond” bu təşkilata azı 72.000 avro qrant verib — məqsəd Ukraynadakı insan hüquqları vəziyyəti haqqında hesabatlar hazırlamaq və təşkilatın xərclərini ödəmək olub.

2014-cü ildə hazırlanmış hesabatda Ukrayna "neonasist hökumət", Rusiya isə "etnik rusları qoruyan" qüvvə kimi təqdim olunub.

Gürcüstan haqqında “raportlar”
2023-cü ilin martında Mariya Arxipova Rusiyaya göndərdiyi hesabatda bildirir ki, Qriqoleti, Şekvetili, Ureki və Poti kimi yaşayış məntəqələrində rusdilli əhali yaşayır və onlar çətinlik çəkirlər. Onlar:

  • Gürcü dili bilmirlər, dövlət orqanlarında tərcüməçiyə ehtiyac duyurlar,
  • Təhqirə, zorakılığa məruz qalırlar, diskriminasiya olunur,
  • İşə düzəlməkdə, dövlət qurumlarında təmsil olunmaqda çətinlik çəkirlər,
  • Ən aşağı maaşları alırlar, işdən çıxarılma riskləri yüksəkdir.

Arxipova tövsiyə edir:

  1. Rus dilinə ikinci dövlət dili statusu verilsin;
  2. Rusların siyasətdə və vətəndaş cəmiyyətində mövqeləri gücləndirilsin;
  3. Ruslara Gürcüstanda qalmaq və vətəndaşlıq almaq asanlaşdırılsın;
  4. Rusların real sayını müəyyən etmək üçün əhali siyahıya alınsın.

"Ifakt" qeyd edir ki, "Gürcü Arzusu" hökuməti son qanun dəyişiklikləri ilə bu tövsiyələrə qismən uyğun qərarlar verib. Məsələn:

  • 2023-cü ilin noyabrında vətəndaşlıq alma qaydaları sadələşdirilib (5 il yaşamış olmaq kifayətdir),
  • 2024-cü ildə bəzi dövlət vəzifələrində gürcü dili bilmə tələbi ləğv olunub.

Qarşılaşdırma: Ukrayna və Gürcüstan
"Ifakt" bildirir ki, Arxipovların Gürcüstanda yazdığı hesabatlar 2014-cü ildə Ukrayna üçün yazdıqlarına çox bənzəyir. O vaxtlar da "neonasistlər rusları təqib edir" arqumentindən istifadə edilib.

2024-cü ilin oktyabrında Mariya Arxipova Rusiya mediasına deyib:
"Gürcüstanda da ruslar yerli xalqdır. Rusiya diplomatiyası bu istiqamətdə çalışmalıdır. Rus dilinə rəsmi status verilməli, rus məktəbləri açılmalı, ruslara diplomatik müdafiə verilməlidir. Əks halda Gürcüstanın “qaytarılması” lazım olacaq — necə ki, indi Ukraynanı qaytarırıq."

Sosial media, “şikayətlər” və agent şübhələri
Arxipova həmçinin Rusiya Təhsil Nazirliyinə və “Pravfond”a məktubla sosial şəbəkələrdə rusdilli qrupların ukraynalılar və anti-rus fəallar tərəfindən idarə olunduğunu yazıb, onların siyahısını da göndərib.

Məsələn, Facebook və Telegram administratoru Rusiya vətəndaşı Nikolay Levşitsi 2023-cü ilin mart aksiyalarında aktiv olub, Kuatisi etirazlarına rəhbərlik edib. Arxipovlar 2023-cü ildə “Pravfond”a azı 10 belə raport göndərib.

2023-cü ildə onlar Lali Moroşkinanın hüquqlarını qoruduqlarını bildiriblər. Onun Rus TV-lərində çıxışına görə hücuma məruz qaldığını deyiblər və “Pravfond”dan ona kömək istəyiblər.

Amma Lali Moroşkina jurnalistlərə bildirib ki, Arxipovlar ona şübhəli gəlib və onlar haqqında Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verib:

"Bunlar ya fırıldaqçı, ya casus, ya da kəşfiyyatçıdırlar. Sosial şəbəkədə bu qədər aktivlik varsa, deməli, arxasında kimsə var."

Son olaraq, "Ifakt" bildirir ki, Mariya Arxipova hal-hazırda Fransada müalicə olunur, amma 2024-cü ilin payızında Rusiya şəhəri Domodedovoda olduğu təsdiqlənib.

mənbə: marneulifm