Kobaxidze və Tsilosaninin dindirilməsi ilə bağlı vəsatətlərini təmin etməyib

Jul 14, 2025 - 21:42
 0  7
Kobaxidze və Tsilosaninin dindirilməsi ilə bağlı vəsatətlərini təmin etməyib

Batumi Şəhər Məhkəməsində "Batumelebi" və "Netgazeti"nin təsisçisi Mzia Amağlobeli ilə bağlı məhkəmə prosesi davam edir.

Hakim Nino Saxelaşvili müdafiə tərəfinin vəsatətlərini təmin etməyib – “Gürcü Arzusu”nun deputatı Nino Tsilosani və partiyanın baş naziri İrakli Kobaxidzenin dindirilməsi ilə bağlı müraciətlər rədd edilib.

Nino Tsilosaninin dindirilməsi ilə bağlı vəsatət vəkillər tərəfindən 4 iyul tarixində keçirilən məhkəmə iclasında təqdim olunmuşdu. Vəsatətdə qeyd edilən açıqlamada Tsilosani bildirib ki, Mzia Amağlobeli "pul qarşılığında, sifarişlə və agentura fəaliyyəti çərçivəsində" hərəkət edib. Vəkil izah edib ki, bu, sadəcə siyasi mövqe deyil, çünki deputat fakt şəklində danışır və sanki müəyyən məlumata sahib olduğunu bildirir.

Bu gün keçirilən iclasda vəkil Juba Katamadze tələb edib ki, şahid siyahısına “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze də əlavə olunsun, çünki onun da dəfələrlə Mzia Amağlobeli işi ilə bağlı danışdığı və onun “polis nüfuzunu sarsıtmaq məqsədilə sifarişlə hərəkət etdiyini” iddia etdiyi bildirilir.

Vəkilin sözlərinə görə, bu açıqlamalar Kobaxidzenin müəyyən məlumata malik olduğunu göstərir və bu məlumat məhkəmə üçün maraqlı ola bilər. Proses zamanı prokuror Tornike Qoqeşvili isə bildirib ki, “kim nə şərh verir-vermir” məsələsinə görə onları dindirmək məqsədəuyğun deyil və bu, məhkəməyə fayda verməyəcək.

Nəticədə, hakim Nino Saxelaşvili prokurorluğun mövqeyini dəstəkləyib və müdafiə tərəfinin vəsatətini təmin etməyib.

mənbə: marneulifm