Acarada azyaşlı qıza qarşı zorakılıq – 30 yaşlı kişi həbs olunub

Nov 7, 2025 - 12:11
 0  14
Acarada azyaşlı qıza qarşı zorakılıq – 30 yaşlı kişi həbs olunub

Batumidə 30 yaşlı kişi yetkinlik yaşına çatmayan qızı zorlamada ittiham edilərək saxlanılıb. 

Xeber.ge xəbər verir ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunub.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs azyaşlı qıza qarşı seksual xarakterli cinayət törədib,” – deyə DİN-in açıqlamasında bildirilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsi ilə aparılır.

Təqsiri sübuta yetirilərsə, saxlanılan şəxs 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilər.