Kvemo Kartlidə qətl – kişi meyiti öz həyətində basdırıb
Kvemo Kartlidə qətl — polis qəsdən adam öldürməkdə ittiham olunan 46 yaşlı şəxsi saxlayıb.
"DİN"-nin məlumatına görə, ağır cinayətdə təqsirləndirilən şəxs əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunub.
Xeber.ge xəbər verir ki,
Qvemo Kartli polisinin apardığı istintaq-eksperiment nəticəsində D.D.-nin meyiti məhz təqsirləndirilən şəxsin həyətində tapılıb.
C.A. hadisə yerində, isti izlərlə saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır — bu maddə qəsdən adam öldürməni nəzərdə tutur.
Cinayətə görə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.