Gürcüstanda "İnterpol" tərəfindən axtarışda olan iki şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi Türkiyə hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş iki nəfərin yaxalandığı barədə məlumat yayıb.
Xeber.ge xəbər verir ki,
DİN-in Acara Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Türkiyə vətəndaşları olan iki şəxs müxtəlif vaxtlarda saxlanılıb:
· U.İ. (1998-ci il təvəllüdlü): Qəsdən adam öldürmə ittihamı ilə axtarışda olub.
· U.H. (1992-ci il təvəllüdlü): Yaşayış yerinin toxunulmazlığını pozma ittihamı ilə axtarışda olub.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində hər iki şəxs Acara bölgəsində ələ keçib. Nazirliyin bəyanatında bildirilir ki, hazırda həmin şəxslərin Türkiyəyə təhvil verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.