Qardabanidə axtarışda olan şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunaraq axtarışa verilən şəxs yaxalanıb.
Xeber.ge xeber verir ki,
Cari ilin 29 yanvar tarixində tərəflər arasında məişət zəminində münaqişə baş verib.
Mübahisə zamanı təqsirləndirilən şəxs qeydiyyatsız ov tüfəngindən atəş açaraq həmkəndlisinə bədən xəsarəti yetirib və hadisə yerindən qaçıb.
Polis əməkdaşları qısa müddətdə şübhəli şəxsin kimliyini müəyyən edərək onun barəsində rəsmi axtarış elan ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs Qardabani bələdiyyəsi ərazisində ələ keçirilib.
Saxlanılan şəxs artıq müvafiq qaydada 8 nömrəli cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.