Gürcüstan 50-ə yaxın xarici vətəndaşı ölkədən deportasiya edib

Nov 18, 2025 - 14:18
Nov 18, 2025 - 15:23
 0  17
Gürcüstan 50-ə yaxın xarici vətəndaşı ölkədən deportasiya edib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini pozan 47 xarici vətəndaşı deportasiya edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, deportasiya edilənlər Banqladeş, Misir, Hindistan, İran, İordaniya, Kamerun, Keniya, Çin, Konqo, Kuba, Nigeriya, Nepal, Pakistan, Rumıniya, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Şri-Lanka və Efiopiya vətəndaşlarıdır.

Onların ölkəyə girişinə qadağa qoyulub.

mənbə: trend