"Gürcü arzusu” Marneuli merliyinə Daur İsmayılovun namizədliyini irəli sürüb
 
                                Bu gün, avqustun 11-də Daur İsmayılov sosial şəbəkədə yazıb ki, “Gürcü Arzusu” onu Marneuli merliyinə namizəd kimi irəli sürüb.
“Bu gün “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası məni Marneuli bələdiyyəsinin merliyinə namizəd kimi irəli sürüb, göstərdiyi etimada görə partiyaya səmimi təşəkkürümü bildirirəm.
Gürcüstana sülh!
Marneuliyə daha çox inkişaf!” - İsmayılov "Facebook" səhifəsində yazıb.
Avqustun 5-də "Marneuli" radiosu “Gürcü arzusu”-nun Marneuli merliyinə namizəd olub-olmayacağı ilə bağlı məlumatı yoxlamaq üçün Daur İsmayılovla əlaqə saxlayıb. İsmayılov avqustun 5-də bizə bildirdi ki, bizimlə danışa bilmir və o vaxtdan zənglərimizə cavab vermir.
“Pirveli” teleşirkətinin 2024-cü il Parlament seçkiləri ilə bağlı hazırladığı jurnalist araşdırmasına görə, Daur İsmayılov “Gürcü arzusu”-nun Marneulidəki kapitanı olub və seçki saxtakarlığında fəal iştirak edib.
İyulun 31-də "Marneuli" radiosuna müsahibəsində yerli siyasətçi Əhməd İmamquliyev bildirib ki, “Gürcü arzusu” Marneulidə “kapitandan mayorluğa” keçmək istəyən bir gənci merliyə namizəd göstərməyi planlaşdırır.
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            