Gürcüstanda bu tarixdən temperatur aşağı düşür və havalar dəyişir

12-14 avqust tarixlərində ölkə ərazisində yüksək temperatur şəraitində bəzi bölgələrdə qısamüddətli yağış, şimşək, dolu və küləyin güclənməsi ehtimalı var.
Bu barədə Gürcüstan Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə 12 avqustda qısamüddətli yağış və şimşək gözlənilir, 13-14 avqustda isə yağıntısız hava şəraiti müşahidə olunacaq. Paytaxtda gündüz temperatur +30…+32° olacaq.
Sahilyanı bölgələrdə (Batumi, Kobuleti, Anakliya, Poti) 12 avqustda qısamüddətli yağış və şimşək gözlənilir, 13-14 avqustda isə əsasən yağıntısız hava olacaq. Havanın gündüz temperaturu +27…+29° təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik ərazilərində (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti) 12 avqustda qısamüddətli yağış və şimşək, 13-14 avqustda isə yalnız bəzi rayonlarda yağış proqnozlaşdırılır. Temperatur gündüz +30…+32° olacaq.
Qərbi Gürcüstanın dağlıq ərazilərində (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikot aşırımı) 12 avqustda qısamüddətli yağış və şimşək, 13-14 avqustda isə bəzi yerlərdə yağış gözlənilir. Temperatur gündüz +28…+30° olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) 12 avqustda qısamüddətli yağış və şimşək, 13-14 avqustda isə bəzi yerlərdə yağış proqnozlaşdırılır. Temperatur gündüz +26…+28° olacaq.
Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali) bəzi yerlərdə qısamüddətli yağış, şimşək, dolu və küləyin güclənməsi gözlənilir. Temperatur gündüz +30…+32° olacaq.
Kaxeti bölgəsində (Saqareco, Telavi, Qurjaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistsqaro) bəzi yerlərdə qısamüddətli yağış, şimşək, dolu və güclü külək ehtimalı var. Temperatur gündüz +31…+33° olacaq.
Şərqi Gürcüstanın dağlıq ərazilərində (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə qısamüddətli yağış, şimşək, dolu və külək gözlənilir. Temperatur gündüz +28…+30° olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Zalka, Bakuriani, Qudauri, Omalo) bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur gündüz +20…+25° olacaq.
mənbə: interpress