Evlərinin həyətyanı sahələrində Çətənə əkib-becərən şəxslər saxlanıldı

Aug 11, 2025 - 13:09
 0  27
Evlərinin həyətyanı sahələrində Çətənə əkib-becərən şəxslər saxlanıldı

İmereti Polis Departamentinin Zestafoni və Samtrediya rayon idarələrinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfəri narkotik cinayətinə görə saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata əsasən, 1975-ci il təvəllüdlü T.K. və 1970-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.Q. böyük və xüsusilə böyük miqdarda narkotik vasitəni qanunsuz əldəetmə, saxlama, habelə tərkibində narkotik maddə olan bitkini qanunsuz əkib-becərmə ittihamı ilə həbs olunublar.

Keçirilən şəxsi axtarış və evlərə baxış zamanı, habelə həyətyanı sahə və yardımçı tikililərdə aparılan yoxlamalar nəticəsində 207 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisi və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 265-ci prim maddəsinin 3-cü hissəsinin “a” bəndi, 260-cı maddənin 1-ci hissəsi və 2-ci hissəsinin “a” bəndi ilə aparılır.

mənbə: interpress