Qida Təhlükəsizliyi Agentliyi şaftalının boyanması ilə bağlı açıqlama yayıb

Sosial şəbəkələrdə şaftalının süni şəkildə boyanmasını əks etdirən videomaterial yayıldıqdan sonra,
Qida Təhlükəsizliyi Milli Agentliyi rəsmi açıqlama ilə çıxış edib. Agentliyin məlumatına görə, bu hal "qidanın qəsdən çirkləndirilməsi" kimi qiymətləndirilir və dərhal reaksiya tələb edir. Bu səbəbdən agentlik artıq məsələ ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına yazılı şəkildə müraciət edib.
Sosial şəbəkədə yayılan videoda görünür ki, şaftalılar sprey vasitəsilə rənglənir ki, daha yetişmiş görüntü yaradılsın. Kadrlarda videonu çəkənlə şaftalıları rəngləyən şəxs arasında dialoq eşidilir:
– Ağacda yetişməyə vaxtı çatmır, bazara isə çoxlu məhsul lazımdır. Yetişməmiş halda yığdı və bax belə "yetişdirir".
– Şəhərlilərə bundan artığı lazım deyil.
Qida Təhlükəsizliyi Milli Agentliyi bildirir ki, istehlak bazarında yerləşdirilmiş meyvə və tərəvəzlər daimi olaraq yoxlanılır. Monitorinq və nümunələrin götürülməsi müxtəlif göstəricilər (pestisidlər, ağır metalllar, radionuklidlər) üzrə aparılır.
Agentlik əlavə edir ki, laboratoriya analizlərinin nəticələri və müəyyən edilən uyğunsuzluqlar haqqında məlumatlar ictimaiyyətə açıqdır və onların rəsmi internet səhifəsində yayımlanır: nfa.gov.ge
mənbə: marneulifm