SEPAH ABŞ-yə məxsus "MQ-9" dronunu vurduğunu açıqladı
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə (HHM) vasitələri Buşehr əyalətinin səmasında ABŞ-yə məxsus "MQ-9" pilotsuz uçuş aparatını (PUA) məhv edib.
XEBER.GE xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın nümayəndəsi Hüseyn Mohebinin açıqlamasına istinadən məlumat yayıb.
"Sübh tezdən ABŞ-nin hava məkanımıza müdaxiləsindən sonra "MQ-9" dronu Buşehr əyalətinin Xormuc şəhəri üzərində SEPAH-ın HHM sistemlərinin atəşi ilə vurularaq zərərsizləşdirilib", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İslam Respublikasının Hörmüz boğazında gəmilərə qarşı həyata keçirdiyi iddia edilən hücumlara cavab olaraq İrana ardıcıl və güclü zərbələr endirib.
mənbə: oxu.az